Xaçmazda avtomobil at arabası ilə toqquşdu: 1 ölü - FOTO

Qəzalar 17 Oktyabr 2017 10:29 Oxunub 910
Xaçmazda avtomobil at arabası ilə toqquşdu: 1 ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Oktyabrın 16-sı gecə saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, hadisə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Siyəzən sakini Şamil Ələkbərovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman gözlənilmədən qarşısına çıxan at arabası ilə toqquşub. Arabada olan, rayonun Qaradağ Buduq kənd sakini, 62 yaşlı Nuru Zeynalov aldığı bədən xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh