Avto-təlimçi yol polisinin bu fotolarını çəkib "İnstagram"da yaydı – FOTO

Yol polisi 17 Oktyabr 2017 21:54 Oxunub 4458
Avto-təlimçi yol polisinin bu fotolarını çəkib "İnstagram"da yaydı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əslində, yol polisləri həmin sürücüyə cərimə də yaza bilərdi, amma...

Paytaxt sürücülərinin arzulamadıqları hadisələrdən biri də yağışın yağmasıdır. Yağış yağan kimi avtomobillərin hərəkət sürəti aşağı düşür, nəticədə yollarda sıxlıq yaranır, bəzən də texniki nasazlıq üzündən yolda qalan avtomobillər böyük tıxaca səbəb olur. Yağışlı havada isə həmin avtomobili kənara çıxarmağa hər kəs kömək etmir. Avtosfer.az xəbər verir ki, dünən də yağan güclü yağış zamanı “20 Yanvar” dairəsi yaxınlığında DYP əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyirdilər. Lakin buna baxmayaraq uzun tıxac yaranmışdı. Səbəb yolun sol hərəkət hissəsində avtomobillərdən birinin xarab olması idi. Bunu avto-təlimçi Həmid İslamov öz “İnstagram” səhifəsində paylaşıb: “Dünən işdən yorğun çıxaraq evə gedirdim. “20 Yanvar” dairəsinə çatanda uzun tıxacla rastlaşdım. Düşündüm ki, yəqin yağışa görə sıxlıqdır. Elə bu zaman yolun sol hərəkət hissəsində “Mercedes” markalı avtomobilin xarab olduğunu gördüm. Polis əməkdaşlarından birinin vətəndaşlardan kömək üçün xahiş etdiyini eşitdim. Mən də buna biganə qala bilməzdim. Günümün çox hissəsi avtomobildə keçdiyi üçün həmin sürücünü yaxşı anlayırdım. Polis dərhal hərəkəti məhdudlaşdırdı və vətəndaşların köməyi ilə avtomobili itəliyərək yolun sağ hissəsinə çıxardıq. Bundan sonra DYP əməkdaşı hətta avtomobili təmir etmək üçün usta da çağırdı.

Əlbəttə, bütün bunlar sürücülərdə yol polislərinə qarşı rəğbət hissi yaradır. Lakin sürücülər də unutmasınlar ki, texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmaq tövsiyyə edilmir. Bu, qanunla da qadağandır. Əslində, yol polisləri bu fotodakı sürücüyə cərimə də yaza bilərdi. Onlar humanistlik nümayiş etdirib köməklik göstərirlər. Ancaq bu o demək deyil ki, avtomobil hansı vəziyyətdə olursa-olsun onu sürüb yollarda qalmaq lazımdır. Sürücülər bu cür məsələlərə diqqətlə yanaşmalı və avtomobili daim saz vəziyyətdə saxlamalıdırlar.

DYP əməkdaşı ilə söhbətimdə məlum oldu ki, o, Bakı şəhər DYP-nin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, polis serjantı Haqverdi Hümbətovdur”.

H.İslamov DİN rəhbərliyinə də təşəkkür edib: “Mən də həmin əməkdaşın bu hərəkətini alqışlayaraq ona çətin və şərəfli peşəsində uğurlar arzulayıram və polis orqanlarında belə şərəfli polislər olduğu üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh