Maşın vuran piyada xəstəxanaya gedərkən yolda öldü - VİDEO

Qəzalar 17 Oktyabr 2017 16:53 Oxunub 919
Maşın vuran piyada xəstəxanaya gedərkən yolda öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən “VAZ”ın sürücüsü saxlanılıb

Gəncədə piyada vurulması qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Gəncə-İmamzadə avtomobil yolunun 2-ci kilometrliyində Samux rayon sakini, 31 yaşlı Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 38 yaşlı Elnur Quliyevi vurub. Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Hadisə şahidi: “Yolda durmuşdum. Gördüm ki, maşın vurdu. Biz də köməklik etdik apardıq xəstəxanaya”.

 

Hadisəni törədən “VAZ”ın sürücüsü saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh