Masallıda qadın bədbəxt hadisə nəticəsində ölüb

Qəzalar 17 Oktyabr 2017 17:08 Oxunub 813
Masallıda qadın bədbəxt hadisə nəticəsində ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Masallıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Böyük Kolatan kəndində 1941-ci il təvəllüdlü Səmayə Hacıağa qızı Şirəliyeva “ZİL” markalı yük maşınından ot almaq istəyib. Ot bağlaması ilə dolu avtomobil qadının həyətinə girərkən maşında nasazlıq yaranıb və əyləci tutmayıb. Bu zaman arxada olan qadın maşınla su çəninin arasında qalaraq, ölüb.

 

 

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh