Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Qəzalar 17 Oktyabr 2017 17:10 Oxunub 1971
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb

Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, "AA 707" seriyası Qaraşovlar ailəsinə məxsusdur. Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A.Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb. Qeyd edək ki, adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır.

Qeyd edık ki, xəbəri ilk olaraq Avtosfser.az saytı yayıb.

http://qafqazinfo.az/uploads/images/ferhad.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh