Diqqətli olun! Votsapda yayılan bu mesaj təhlükəlidir - VİDEO

Texnologiya 17 Oktyabr 2017 23:31 Oxunub 1556
Diqqətli olun! Votsapda yayılan bu mesaj təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər

Son günlər votsap istifadəilərinə gözdən əlil uşağın şəkli göndərilir. Avtosfer.az-ın məlumatına görə, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu və votsap şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və şəklin daha çox paylaşılacağı halda uşağı əməliyyat etdirəcəyi bildirilir. İKT üzrə mütəxəssis Samir Kərimov bildirir ki, bu tip şəkillərin və mesajların paylaşılması ilə votsap şirkəti heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

Insanların isə bu mesajlara yanaşması birmənalı deyil.

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatlara inanmamaq və paylaşmamaq lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh