DYP-dan sürücülərə daha bir xəbərdarlıq - Yoxsa cərimələnəcəksiniz

Avtoxəbər 18 Oktyabr 2017 00:16 Oxunub 3419
DYP-dan sürücülərə daha bir xəbərdarlıq - Yoxsa cərimələnəcəksiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Bu qaydaları pozan çox az sayda avtomobil qalıb"

Avtomobilinin dövlət qeydiyyat nişanına müdaxilə edən - defis simvolları, çərçivə xəttini silən sürücülər DYP tərəfindən cərimələnəcək. Avtosfer.az xəbər verir ki, bununla bağlı Metbuat.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərə bir ay vaxt verilib. Bir ay tamam olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək:

“Hazırda bu qaydaları pozan çox az sayda avtomobil qalıb. Buna baxmayaraq, biz həm yol polisi, həm sürücü, həm də vətəndaş olaraq, sürücülərlə birlikdə nöqsanları yerindəcə aradan qaldırmağa çalışırıq. Buna nail də olmuşuq. Qeyd edim ki, idarə olunan nəqliyyat vasitəsinin standartlara cavab verməsini təmin etmək sürücünün hüquqi vəzifəsidir. Standartlardan kənara çıxmaq inzibati xəta tərkibi yaradır”.

Bildirək ki, bu hallar bir ay müddətində aradan qaldırılmazsa, nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Saleh 18 Oktyabr 2017 03:58
bes ruşvət hesabina milyonluq villari olan YP rəislərini kim nə vaxt həbs edecək !!!