Sürücülük vəsiqəsi almağın asan yolunu tapdılar – ŞOK PROSES

Avtoxəbər 16 Dekabr 2014 09:24 Oxunub 10994
Sürücülük vəsiqəsi almağın asan yolunu tapdılar – ŞOK PROSES
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Soydaşlarımız asan yolla sürücülük vəsiqəsi əldə etmək üçün Gürcüstana üz tuturlar

Azərbaycanlılar Gürcüstanda sürücülük vəsiqəsi almağın yeni yolunu tapıblar. Bu barədə Gürcüstanda yaşayan soydaşlarımız Avtosfer.az saytına məlumat veriblər. Bildirilir ki, yeni yol işarələrnin adlarını və nə olduğunu bilməyənlər sualın 4 cavabı üzrə qısa müddətdə hazırlıq keçib vəsiqəni əldə edə bilirlər. Bunun üçün isə xüsusi müəllimlər var və onlar sürücülük vəsiqəsi almaq istəyənləri bir neçə gün ərzində hazırlaşdırıb imtahana göndərir. Yəni, vəsiqə saxta yolla alınmır. Sadəcə, çox asan üsulla vəsiqə əldə etmək mümkündür.

Maraqlısı budur ki, müəllimlər vəsiqə almaq istəyənləri hazırlaşdırarkən meyvə-tərəvəz adlarından istifadə etməklə sualın şifrəli cavabını öyrədir: «Sualların 4 cavab variantı olur. Onların düzgün olan variantını baş hərflərə uyğun, meyvə-tərəvəz adlarındaan isdifadə etməklə uşaqlara öyrədirlər. Onlar da bir həftəyə sürücülük vəsiqəsi alıb Azərbaycana maşın sürməyə gedirlər».

Soydaşlarımız bildirirlər ki, müəllimlərin hazırlıq kursu təxminən 4 gün çəkir. Bütün proses şifrəli sual-cavab sistemi ilə həyata keçirilir: «Son vaxtlar Azərbaycandan Gürcüstana axın başlayıb. Hamı sürücülük vəsiqəsi almağa gəlir. Çünki Gürcüstanda alınan vəsiqələri bütün dünya qəbul edir». 

Avtosfer.az məsələ ilə bağlı araşdırmaları davam etdirir. Bu yeni sistemi icad edən müəllimlərin iş prinsipi barədə məlumatlar əldə etməyə çalışacağıq.

Qeyd edək ki, artıq bir nəfər Avtosfer.az-ın əməkdaşına Gürcüstanda bu yolla sürücülük vəsiqəsi aldığını təsdiq edib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elcin 1 Avqust 2020 00:31
Men suruculuk vesiqesi almaq isdiyirem
Sahin 29 Avqust 2018 11:37
Men suruculuk vesiqesi almak isteyirem
Aygun 27 May 2018 14:21
Baki
Alim 24 Avqust 2016 11:49
salam nece elaqe saxlayib getmek olar birde neceye basa gelir obsi summasi
Heseneli 10 Noyabr 2014 22:55
Now yoxdu Gürcüstan da oqederdikii oz dostlarimnanda var ele alan