Aeroport yolunda 240-la gedən bahalı maşınlar kimlərindir? - VİDEO

Avtoxəbər 11 Dekabr 2014 02:42 Oxunub 5564
Aeroport yolunda 240-la gedən bahalı maşınlar kimlərindir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüz minlərlə dəyəri olan avtomobil sahibləri ölüm yarışına çıxıb; bu yarışları isə özləri çəkib yayırlar

Sosial şəbəkələrdə Bakının aeroport yolunda yüksək sürətlə avtomobil idarə edənlərin videosu yayılıb. Videolardan bir neçə 2012-ci ildə «Youtub»a yerləşdirilsə də, bu ilin əvvəllərinə aid olanlar da var. Avtosfer.az-ın məlumatına görə, Sultan SD və Zaur Əliyev adları ilə qeydiyyatdan keçən şəxslər tərəfindən yayılan bu videolarda əsas funksiyaını «Jaguar XJL Supersport» markalı avtomobil və bu maşında olan şəxslər həyata keçirir. Bu avtomobil bütün videolarda var. Və video çəkiliş prosesi də məşz bu maşındakı şəxs tərəfindən həyata keçirilir. Görünün, maşınların yarışını təşkil edən şəxs elə bu avtomobilin sahibidir. Videoda əsasın «BMW M5» markalı, 10 GJ 011, «Mercedes S65 AMG» markalı, 10 AZ 458, «Porsche Panamera Turbo» markalı  10 NO 004, «BMW Alpina B7» markalı, DA 213 TR, «BMW X5M» markalı, 10 AZ 484 dövlət nömrə nişanlı avtomobillər yer alıb. Başqa bir neçə avtomobil də var ki, onların dövlət nömrə nişanları aydın görünmür. Bu avtomobillərin dəyəri isə təxminən 100-300 min dollar dəyərindədir.

Videoya diqqətlə baxdıqda məlum olur ki, burada yarışanların ən aşağı sürəti saatda 240-250 km-dir. Ən dəhşətlisi budur ki, yarışma zamanı yolda başqa avtomobillər də gözə dəyir.

Yeri gəlmişkən, elə bu cür yarışların birində  - martın 15-də saat 00:30 radələrində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xaliq Mədətov «Galendewagen» markalı avtomobili sürətlə idarə edərkən Zığ şossesində xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurmuşdu. Nəticədə A.Abdullayevin gəlini və nəvəsi ölmüşdü. Bu hadisədən sonra Prezident İlham Əliyev Mübariz Mədətovu tutduğu vəzifədən azad edib. Məhkəmə isə Xaliq Mədətovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

tale007 10 Noyabr 2014 22:55
sizi yandiranin adi nedi size ne dexlisi var suruler cezasinida cekecekler jurnalist olduz amma elivizden ferri bir shey gelmir isteyir lap bir milyon olsun avtomobillerin qiymeti. shexsen men ishlemirem pulum yoxdu deye onlara nifret etmeliyem besdirin kimlerinse ciblerini mashinlarini metbuata yaydigiviz. Heyif ki, senzurani yigishdiriblar. yoxsa hamiviz lazimsiz xeberlere gore girmishdiz turmeye. bir cox jurnalistler ozlerini nese cox boyuk bir shey hesab edirler. bele sheyleri xeber kimi yayamaq asandir. eger cesursuzsa gedin munaqishe ocaqlarindan reportaj cekin getirin. daha bbc nin Uttar tasks , cnn euronews den kadrlarla xeber hazirlamayin. Bu milletin en pis xususiyyeti , qabaga gedek bileni geriye cekmekdi. Ölün , sizin kimi paxilliq ceken millet men hec yerde görmedim.