Yol polisi sürücülərə müraciət etdi

Yol polisi 18 Oktyabr 2017 11:34 Oxunub 1113
Yol polisi sürücülərə müraciət etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Oyunun keçirildiyi ərazi və əraziyə bitişik küçələr tərəfimizdən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimində xidmət ediləcək"

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunlarına rahat gediş-gəliş üçün müraciət edib. Avtosfer.az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov axar.az-a bildirib ki, azarkeşlər küçə və prospektlərdə nəzarətin gücləndirildiyini və əraziyə yaxın məsafələrdən şəxsi avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətlər üzrə ayrılmış ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər: “Hərəkətin təhlükəsizliyini təmin edilməsi istiqamətində zəruri tətbirlər tərəfimizdən görüləcək. Oyunun keçirildiyi ərazi və əraziyə bitişik küçələr tərəfimizdən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimində xidmət ediləcək. Bu iş üçün lazımı qədər əməkdaşımızı işə cəlb edəcəyik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh