Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürüb

Qəzalar 18 Oktyabr 2017 11:44 Oxunub 1125
Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh