Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
Gündəm
18 Oktyabr 2017 12:44
Oxunub 790
Bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır
Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb. Avtosfer.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. N.Səmədov bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:
"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Digər Xəzəryanı ölkələr gələcəkdə bu layihəyə qoşulmaq istəsə də, artıq Rusiya ilə Azərbaycan arasında belə bir kruizin təşkili ilə bağlı ilkin razılıq əldə edilib".
ŞƏRH YAZ