Azərbaycanlı yol polisi kapitanı yoxa çıxıb

Yol polisi 18 Oktyabr 2017 13:13 Oxunub 1336
Azərbaycanlı yol polisi kapitanı yoxa çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Peterburq polisi əslən Azərbaycandan olan polis kapitanını axtarır

Peterburq polisi əslən Azərbaycandan olan polis kapitanını axtarır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 17-də saat 23:00 radələrində həyat yoldaşı polisə müraciət edərək, onun yoxa çıxması ilə bağlı məlumat verib. Qadının sözlərinə əsasən, həyat yoldaşı cari ilin oktyabrın 3-də Moskva saatı ilə 12:30-da evdən çıxıb və bundan sonra onunla əlaqə itib.  Qeyd edək ki, 1974-cü il təvəllüdlü azərbaycanlı polis kapitanı Moskva rayon YHTDİ-də (Yol hərəkəti təhlükəsizliyi dövlət inspeksiyası) inspektor vəzifəsində çalışır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh