"Unibank"dan özbaşınalıq - Sürücülərin, piyadaların və əlillərin yolunu kəsdilər – FOTO

Yazarlar 18 Oktyabr 2017 14:13 Oxunub 2440
"Unibank"dan özbaşınalıq - Sürücülərin, piyadaların və əlillərin yolunu kəsdilər – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bank əməkdaşları gediş-gəlişə mane olaraq öz rahatlıqlarını düşünürlər

Azərbaycanda bəzi şirkətlər yol hərəkəti təhlükəsizliyi ilə qaydaları açıq-aşkar pozur və bununla da insanların rahatlığını pozur, təhlükə yaradırlar. Kimi piyada səkisini zəbt edir, kimi yola dəmir lövhə qoyub zəncir çəkir və dayanma-durmanı qadağan edir, kimi də "Unibank" kimi özbaşınalıq edərək hər kəsə problem yaradır. Avtosfer.az xəbər verir ki, "Unibank"ın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 15/17 üvnanında yerləşən filalının rəhbərliyi piyadalara və sürücülərə təhlükə və provlem yaradıb. Belə ki, səkiyə dəmir borular vuran bank rəhbərliyi bununla orada piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Həmin küçənin elə həmin nöqtəsində 20 nömrəli məktəb tərəfdən gələnlər üçün sola və geriyə dönmə yeri var. Sola dönən sürücülər bəzən elə bankın qarşısındakı yolla binanın digər başına gedə bilirdilər. İndi isə vəziyyət dəyişib. Bank rəhbərliyinin özbaşına qərarı nəticəsində nəinki avtomobillər, heç piyadalar da normal hərəkət edə bilmir. Fotolara diqqət etdikdə görünür ki, əlil və uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pantusun qarşısına da dəmir boru vurublar və burada hərəkət mümkün deyil.

Ümid edirik ki, Dövlət Yol Polisi "Unibank"ın bu özbaşınalığına son qoyacaq.

Qeyd edək ki, bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsində fiziki şəxsləri 80 manatdan 100 manatadək, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək, hüquqi şəxsləri 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh