"Qarabağ" - "Atletiko" oyunundan sonra azarkeşlər üçün ödənişsiz avtobuslar ayrılıb

Gündəm 18 Oktyabr 2017 15:56 Oxunub 704
"Qarabağ" - "Atletiko" oyunundan sonra azarkeşlər üçün ödənişsiz avtobuslar ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stadion ərazisindəki xüsusi avtobus dayanacaqlarından xüsusi avtobuslar yola düşəcək

"Qarabağ" komandasının bu gün Bakı Olimpiya Stadionunda İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra azarkeşlər üçün xüsusi avtobus ayrılacaq. Avtosfer.az-ın məlumatına görə, Ağdam komandası ilə Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi arasındakı danışıqlar nəticəsində belə bir razılıq əldə olunub. Bu addım oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat çatdırılması məqsədilə atılıb. Qarşılaşmanın ardından stadion ərazisindəki xüsusi avtobus dayanacaqlarından 20 Yanvar, 28 May və Qara Qarayev metro stansiyasına ödənişsiz xüsusi avtobuslar yola düşəcək. Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.

Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh