Yol polisinin nömrəyə çəkdiyi defisi özünüz də çəkə bilərsiniz - Ərşad Hüseynov

Yol polisi 18 Oktyabr 2017 17:28 Oxunub 2339
Yol polisinin nömrəyə çəkdiyi defisi özünüz də çəkə bilərsiniz - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Defisləri istənilən qara boya və lakla qaraltmaq olar

Bir neçə gündür avtomobilin dövlət nömrə nişanlarında olan ağ rəngli defislərin rənglənməsi məsələsi gündəmdədir. Əvvəlcə bəzi sürücülər bunun DYP tərəfindən pulla edildiyini bildirsə də sonradan açıqlama verildi ki, proses ödənişsiz həyata keçirilir. Lakin yeni problemlər meydana çıxıb. Avtosfser.az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz “Facebook” səhifəsində paylaşdığı statusda nömrəsindəki səhvi düzəltmək istəyən sürücüyə DYP tərəfindən adi markerlə “kömək” edildiyini yazıb. “Dostumuz Fuad Tofiqoğlu deyir ki, avtomobilinin nömrələrindəki defisləri düzəltmək üçün DYP əməkdaşından kömək istəyib. Həmin defisləri adi markerlə qaralayıblar. Fuad bəy gəlmişdi yanıma və özüm yoxladım ki, həmin "boya" barmaqla tam silindi.”

Eyni zamanda ekspert sürücülərə müəyyən tövsiyələr də verib. “Bu problemi olan sürücülərin diqqətinə çatdırmaq istəyirəm ki, həmin defislərin dayanıqlı, silinməyən, pozulmayan boya ilə rənglənməsini tələb edin. Əgər kömək istədiyiniz DYP əməkdaşında belə boya yoxdursa, başqa yerə gedin. Əgər diqqət etsəniz nömrələrdə həmin defislər ştamplanıb, sadəcə rəngi ağ qalıb. Onu özünüz də qaralda bilərsiniz və ya istənilən ustaya, hətta dəmir qapı, barmaqlıq (reşotka) düzəldən ustaya da yaxınlaşıb asanlıqla bunu edə bilərsiz. Defisləri istənilən qara boya və lakla qaraltmaq olar, sadəcə fikir verin ki, bu, silinən və ya yuyulan olmasın. Adi dəmir boru boyası ən əla vasitədir.” 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh