Övladını qarşılamağa gedən ananı maşın vurdu, köməyə yol polisləri gəldi - VİDEO

Avtosfer TV 18 Oktyabr 2017 22:14 Oxunub 1668
Övladını qarşılamağa gedən ananı maşın vurdu, köməyə yol polisləri gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq kənardan yolu keçib

Bakıda dəhşətli yol qəzası baş verib. Avtosfer.az baku.ws-yə istinadən xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında "Mercedes" markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub.  Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq kənardan yolu keçən xanımı maşın vurub və o, ağır yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım avtomobili cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh