Masallıda yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb - VİDEO

Qaydalar 18 Oktyabr 2017 22:17 Oxunub 1589
Masallıda yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əyləcində nasazlıq yaranan yük maşını arxaya hərəkət edərkən qadını vurub

Əyləcində nasazlıq yaranan yük maşını arxaya hərəkət edərkən yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb. Avtosfer.az-ın məlumatına görə, hadisə Masallının Böyük Kolatan kəndində baş verib. Kənd sakini, 76 yaşlı Səmayə Şirəliyeva ot bağlaması almaq üçün yaxınlarına müraciət edib. Rayonun Qədirli kənd sakini Təbriz Eynalov idarə etdiyi yüklə dolu maşını ilə onun evinə gəlib. Yuk avtomobili üzü yuxarı hərəkət edərkən nasazlıq yaranıb və arxaya dogru getməyə başlayıb. Ərazi bir qədər palçıqlı olduğu üçün avtomobil sürüşüb. Ev sahibəsi 76 yaşlı Səmayə Şirəliyeva yük maşını ilə su çəninin dirəkləri arasında sıxılaraq qalıb. Nəticədə qadın hadisə yerində keçinib. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh