Dəfn mərasimində araq içən sürücü və arvadı belə öldü - ŞOK VİDEO

Avtosfer TV 21 Oktyabr 2017 01:29 Oxunub 4205
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ" markalı avtomobil iki yük maşınının arasında qalıb xurd-xəşil olub

Günün günorta çağı ikinci dərəcəli yoldan əsas yola çıxan minik avtomobilini "Kamaz" vuraraq digər yük maşınının qarşısına sürüyüb. Avtosfer.az xəbər verir ki, 3 avtomobilin toqquşması nəticəsində minik maşını aşan "TIR"ın ("Scania") altında qalaraq "yoxa çıxıb". Hadisə arxadakı avtomobilin videoregistratorunun obyektivinə tuş gəlib. Tatarıstanın Zainsk şəhərində baş vermiş dəhşətli qəzada "VAZ 2111" markalı avtobilin sürücüsü (80 yaş) və sərnişini (65 yaşlı qadın) həlak olublar. Çuğundur yüklənmiş "Kamaz" və dəmir boru daşıyan "Scania"nın sürücüsü isə ağır yaralanaraq Zainsk mərkəzi xəstəxanasının reanimasiyasına yerləşdiriliblər.

Qeyd olunur ki, "VAZ 2111"-dəki təqaüdçülər ər-arvad olub və onlar dəfn mərasimindən qayıdırmışlar. Ehtimal olunur ki, sürücü dəfn mərasimində alkoqollu içkidən istifadə edibmiş.

 

Fuad

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh