Yevlaxda zəncirvari qəza baş verib, xəsarət alan var

Qəzalar 18 Oktyabr 2017 23:15 Oxunub 830
Yevlaxda zəncirvari qəza baş verib, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza üç maşının toqquşması nəticəsində baş verib

Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xaldan qəsəbəsi ilə Əkşəm kəndi arasında baş verib. Qəfil qarşısına çıxan traktordan yayınmaq istəyən “Ford” markalı mikroavtobusu arxadan vuran “Mercedes” markalı minik maşını avtobusun traktorla toqquşmasına səbəb olub. Nəticədə xəsarət alan “Ford”un sürücüsü Elşən Qarayev xəstəxanaya yerləşdirilib.

Mingəçevirlə Yevlaxın Xaldan qəsəbəsi arasında daimi sərnişin daşıyan mikroavtobusda hadisə zamanı sərnişin olmayıb. Hadisədən az öncə son reysini başa vurmuş sürücü sərnişinləri dayanacaqda düşürdüb.

Qəza ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh