Salyanda maşın 7 yaşlı uşağı vurub öldürdü

Qəzalar 19 Oktyabr 2017 00:56 Oxunub 1044
Salyanda maşın 7 yaşlı uşağı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaq xəstəanaya gətirilərkən yolda keçinib

Oktyabrın 18-də axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu ağ rəngli naməlum "VAZ-2107" markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən piyadanı vuraraq hadisə yerindən qaçmış sürücünün axtarışı aparılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh