DTX yarım milyondan çox saxta aksiz markası saxlayıb

Gündəm 19 Oktyabr 2017 09:39 Oxunub 749
DTX yarım milyondan çox saxta aksiz markası saxlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat yolu ilə saxlanılıb. Avtosfer.az DTX-yə istinadən xəbər verir ki, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub.

 

Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.

 

DTX bəyan edir ki, Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh