Bakıda yük maşını həyəcanlı anlar yaşatdı – VİDEO

Yazarlar 19 Oktyabr 2017 09:52 Oxunub 1298
Bakıda yük maşını həyəcanlı anlar yaşatdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü öz hərəkəti ilə ətrafda olan sürücülərə təhlükə yaradıb

Yük maşınlarının törətdiyi qəzaların nəticələrinin ağır olduğu bəllidir. Odur ki, qanunvericilikdə də yük avtomobilləri üçün sürət həddi aşağı göstərilib. Məsələn, 110-luq yolda yük maşını üçün 90 və ya 70 sürəti müəyyən edilir. Bu? həm təhlükəsizlik baxımından, həm də yol örtüyünün qorunub saxlanması üçün zəruridir. Lakin təəssüflər olsun ki, hər kəs buna riayət etmir. Sosial şəbəkələrdə Sahil usta maraqlı bir video paylaşıb. Belə ki, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığındakı körpünün üzərində ağır tonnajlı, eyni zamanda qoşqusu olan 10 ZX 050 dövlət nömrə nişanlı acvtomobil saatda 100 km sürətlə hərəkət edir. Əslində isə avtomobillər üçün həmin ərazidə sürət həddi 60-dır. Bu cür təhlükəli vəziyyət, özü də körpünün üzərində belə sürətli hərəkət ciddi qəzaya səbəb ola bilər. Həmçinin yolun sol zolağı ilə minik avtomobillərindən yol istəməsi, yük yerindəki daş və qumun yola səpələnməsi də ayrıca bir məsələdir. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh