Salyanda yol qəzası: 1 ölü, 1 yaralı

Qəzalar 19 Oktyabr 2017 09:57 Oxunub 704
Salyanda yol qəzası: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub. Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh