Geriyə dönmək üçün yer yoxdur – Sürücülər ölümə "protiv" gedir - VİDEO

Xəbərlər 19 Oktyabr 2017 10:41 Oxunub 1641
Geriyə dönmək üçün yer yoxdur – Sürücülər ölümə "protiv" gedir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər "Azəravtoyol" ASC-yə müraciət etsə də buna məhəl qoyan olmayıb

Bakı-Ələt yolunun 45-ci kilometrində hər səhər işə tələsən sürücülər əks istiqamətə çıxaraq digər sürücülərə qəza şəraiti yaradırlar. Həmin yoldan istifadə edən bir çox sürücü Avtosfer.az saytına bu barədə məlumat verib. Onlar bildirir ki, yolun Ələt istiqamətində olan hissəsində 45-ci kilometrdən sonra növbəti geriyə dönmə yeri 56-cı kilometrdədir. Həmin sürücülər geriyə dönmə yerinin çox uzaqda olduğunu düşünərək həm vaxt, həm də yanacaq itkisinin qarşısını almaq üçün əks istiqamətə çıxaraq axına qarşı yüksək sürətlə hərəkət edirlər. Bu isə böyük təhlükə mənbəyidir. Geriyə dönmə yeri yaxın məsafədə düzəlməsə orada hər an qəza qaçılmaz ola bilər. 

Qeyd edək ki, qəsəbə sakinləri geriyə dönmə yerinin yaradılması üçün dəfələrlə "Azəravtoyol" ASC-yə müraciət etsə də buna məhəl qoyan olmayıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh