Maşının nömrəsindəki xətt belə rənglənir və silinmir - VİDEO

Yazarlar 19 Oktyabr 2017 11:16 Oxunub 3962
Maşının nömrəsindəki xətt belə rənglənir və silinmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üzərinə qaynar su töküb salfetlə silinlsə də, rəng itməyib

Dünən yol polisi tərəfindən avtomobillərin dövlət nömrə nişanlarına markerlə çəkilən defis işarəsinin adi marketlə çəkilməsi və tez zamanda silinməsi ilə bağlı məlumat yayılmışdı. Avtosfer.az saytı da ekspert Ərşad Hüseynova istinadla bu barədə xəbər vermişdi.

Bu gün isə saytımızın əməkdaşı DYP-də nömrələrə çəkilən defisin silinib-silnməməsinin test prosesində iştirak edib və görüntülər çəkib. Məlum olub ki, dövlət nömrə nişanının üzərindəki ağ yer həqiqətən də marketlə xüsusi qəlib vasitəsilə rənglənir. Lakin bu, adi deyil, xüsusi olaraq hazırlanıb. Çünki rəngləndikdən bir neçə saniyə sonra üzərinə qaynar su tökülüb və salfetlə silinib. Lakin görüntülərdən də rəngin getmədiyi aydın olur.

Avtosfer.az həmin prosesin videosunun təqdim edir:

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh