"Toyota" Bakı Mərkəzi qiymətləri endirdi - FOTO

Avtodünya 19 Oktyabr 2017 12:26 Oxunub 3980
"Toyota" Bakı Mərkəzi qiymətləri endirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Toyotanız qışa hazırdır?” servis kampaniyası keçirilir

“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi “Toyotanız qışa hazırdır?” servis kampaniyası keçirir. Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərovun Avtosfer.az-a verdiyi məlumata görə, məqsəd, payız- qış fəslində Toyota sahiblərinə dəstək olmaqdır.

“Toyotanızın uzun müddət yaxşı vəziyyətdə qalması üçün servis reqlamentinə əməl etmək lazımdır. Bu, o deməkdir ki, avtomobil müəyyən qədər sürüldükdən sonra lazımi texniki işlər görülməlidir.Vaxtında görülən işlər və sadəcə profilaktika avtomobilin etibarlılığını  təmin edir. Xüsusən  payızda maşını qışa hazırlamaq lazımdır. Bu səbəbdən rəsmi diler olaraq Toyota Bakı Mərkəzi bu endirimləri elan edir”-deyə, PR mütəxəssis bildirib. 

Eldəniz Cəfərov onu da qeyd edib ki, mərkəzdə hər şey müştərilərin rahatlığı üçün edilir. Toyota Bakı Mərkəzi bütün "Toyota" sahibərinin güvəndiyi, özünü rahat və sərbəst hiss etdiyi bir məkandır. Müştərini dinləmək, ona hərtərəfli yardım etmək və məsələni həll etmək də bizim borcumuzdur. Profilaktika və ya təmir zamanı vaxt itkisi olmaması üçün əvvəldən servis xidmətinə yazılmaq tövsiyə olunur. *2002 və ya 012 496 70 10 nömrəsinə zəng edərək servisə yazılmaq olar.

Toyota Bakı Mərkəzi aşağıda göstərilən ”Toyota” orijinal mühərrik yağları, ehtiyat hissələri və servis xidmətlərinin qiymətində 20%-ə qədər endirim təklif edir:

Salon filtri 20%

Hava filtri 8%

Antifriz 20%

Yağ filtri 10%

Yanacaq filtri(Dizel mühərrik) 15%

Diferensial yağı 15%

Mühərrik yağı 10%

Akkumulyator 10%

Əyləc bəndləri 10%

Əyləc mayesi 10%

Şüşəsilən 5%

Göstərilən ehtiyat hissələrinin dəyişdirilməsi də 10% endirimlə. Kampaniya 17.10.2017-31.12.2017 tarixinədə qüvvədədir. Toyota Bakı Mərkəzi Xətai metrosu ərazisində, Fəzail Bayramov-26 ünvanında yerləşir. Telefon nömrəsi 012 496 70 10, www.toyotabaku.az

“Toyotanız qışa hazırdır?”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh