Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası Riqada keçirilir - FOTO

Gündəm 19 Oktyabr 2017 13:54 Oxunub 843
Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası Riqada keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirdə Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir

19-20 oktyabr 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Avtosfer.az-a bildirib ki, iclasda aşağıdakı məsələlər müzakirə olunur: Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci ilin doqquz ayı əzində  beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri haqqında; 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının ilkin nəticələri  haqqında; Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri, Latviya, Litva və Estoniya Respublikaları dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri haqqında; 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında; Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında; Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında; 2018-ci ildə "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü haqqında və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanacaq. 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh