Velosiped və maşın oğruları yaxalandı – Polisdən əməliyyat

Gündəm 19 Oktyabr 2017 15:04 Oxunub 870
Velosiped və maşın oğruları yaxalandı – Polisdən əməliyyat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tutulanlardan biri keçmiş məhbusdur

Bakının Xətai rayonunda avtomobil oğrusunun yaxalanması üçün əməliyyat keçirilib. Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olduğu aşkarlanıb.

Avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai rayon Polis İdarəsinə təhvil verilib.

Bundan başqa, Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə oktyabrın 17-də 2 şəhər sakininə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Məhərrəm Kazımov tutulub. Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon ərazisində daha bir velosiped oğurladığı müəyyən edilib. Daha bir oğurluq hadisəsi törədən şəxsin tutulması üçün əməliyyatı Yasamal polisi keçirib. Oğurluqda şübhəli bilindiyinə görə tutulan Mirhüseyn Mirxasovun ətrafında araşdırma aparılıb. Onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırdığı aşkarlanıb.

Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh