Sərnişindaşıma ilə bağlı tədbirlər tam şəkildə yerinə yetirib – BNA-dan VİDEO

Gündəm 19 Oktyabr 2017 15:13 Oxunub 810
Sərnişindaşıma ilə bağlı tədbirlər tam şəkildə yerinə yetirib – BNA-dan VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik Qarabağ”-“Atletiko Madrid" oyunu ilə bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) Qarabağ”-“Atletiko Madrid" oyunu ilə bağlı məlumat yayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 23182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.

Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün əhaliyə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə yeni və daha böyük uğurlar arzulayırıq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh