Nazirliyə məxsus avtomobilin nömrəsindən bayrağı sildilər – FOTO

Yazarlar 19 Oktyabr 2017 15:32 Oxunub 4835
Nazirliyə məxsus avtomobilin nömrəsindən bayrağı sildilər – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müdafiə Sənayesi Nazirliyinə məxsus avtomobildə bayrağın yerinə boya çəkiblər

Bakıda avtomobilin qeydiyyat nişanında olan standartların kobud şəkildə pozulması ilə bağlı oxuculardan biri Avtosfer.az-a fotoşəkil göndərib. Müdafiə Sənayesi Nazirliyinə məxsus 90-AX-851 qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobilin arxa qeydiyyat nişanında olan Azərbaycan bayrağının silinməsi və sonradan həmin bayrağın yerləşdiyi yerin boyayla rənglənməsi məlum olub. Qeydiyyat nişanında olan bu cür dəyişiklik standartların kobud şəkildə pozulması ilə qiymətləndirilir. Çünki hər bir vətəndaş ilk olaraq yaşadığı ölkənin bayrağına hörmətlə yanaşmalıdır və qaydalardan kənara çıxmamalıdır. Qeydiyyat nişanında bayrağın və ya digər elementlərin pozulması halı baş verdikdə qeydiyyat imtahan idarəsinə 22 manat dövlət rüsumu ödəməklə yenisini rahat şəkildə əldə etmək mümkündür.

Qeydiyyat nişanında standartların pozulması ilə avtomobili idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən 4 bal 60 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh