Harada boş yer görsə özünü ora soxan sürücü  - 90 OP 031 - VİDEO

Avtoreyd 20 Oktyabr 2017 08:25 Oxunub 4687
Harada boş yer görsə özünü ora soxan sürücü  - 90 OP 031 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda özünə yer tapa bilməyən sürücünü siz də tanıyın

Oktyabrın 11-də  Bakının Mehdi Hüseyn küçəsində 1.3 xəttinin tələbini pozan "Toyota" markalı 90-OP-031 dövklət qeydiyyat nişanlı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Sürücü Mehdi Hüseyn küçəsində tıxacın olmasını görərək qoşa xəttin tələbini pozub qarşıdakı avtomobili ötüb keçdi. Bu azmış kimi bundan sonra sürücü qarşıda olan avtomobilləri keçmək üçün yenə də düz xəttin tələbini pozmaq istəyirdi.

Qaydaları bilən sürücülər bəzən bu videodakı sürücülərin xarakterində olanlara görə normal ara məsafəsi saxlamırlar. Çünki belələri harada boş yer görsələr özlərini ora soxmağı sevirlər.

Bu tip sürücülər tıxac zamanı hər zaman özündən qabaqda gedən avtomobillərin önünə keçmək istəyir. Bu isə mənasız və məntiqsiz bir əməldir. Çünki tıxac zamanı nə qədər qarşıya keçsən də, mənzil başına hamı ilə eyni sürətdə və eyni vaxtda çatırsan.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh