Qadın heyət üzvlərindən ibarət təyyarə ilk reys edib

Maraqlı 20 Oktyabr 2017 08:45 Oxunub 986
Qadın heyət üzvlərindən ibarət təyyarə ilk reys edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarəni idarə etmiş iki pilot qadın olub

ABŞ-ın "Southwest Airlines" aviaşirkətinə məxsus, tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reys edib. "Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə şirkətin "Twitter"ində bildirilib.

"Southwest Airlines" reysin göndərilməsindən əvvəlcə çəkilmiş fotonu yayıb. Qeyd edilir ki, "Boeing-737" Sent-Luisdən San-Fransiskoya uçub. Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da həmçinin qadındır.

"Twitter" istifadəçiləri bununla bağlı şərhlərdə "Southwest Airlines"in nailiyyətini yüksək qiymətləndiriblər.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildəc lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh