Yaponlar hidrogenlə işləyən avtobus yaratdı - FOTO

Avtoxəbər 20 Oktyabr 2017 12:00 Oxunub 1115
Yaponlar hidrogenlə işləyən avtobus yaratdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
100 ədəd belə avtobus buraxılacaq

Toyota şirkəti yanacaq özəklərindən qıdalanan güc qurğusuna malik olan Sora avtobusunu Tokyo avtosalonunda nümayiş etdirəcəkdir. 2018-ci ildə avtobusun seriya variantı təqdim edilməlidir.

2020-ci ildə Yaponiyanın paytaxtında keçiriləcək Olimpiya oyunlarından öncə şəhərə 100 ədəd belə avtobus buraxılacaq. Toyota Sora modeli Mirai sedanının təkmilləşdirilmiş hidrogen güc qurğusu ilə təchiz edilib. Qurğunun tərkibinə 154 at qüvvəsi və 335 Nm fırlanma anı təklif edən iki elektromühərrik və elektrokimyəvi generator daxildir. Generator  hidrogen və oksigenin kimyəvi reaksiyasından alınan enerjini mühərriklərə ötürür. Avtobus 600 litr hidrogeni tutan 10 ədəd çənlə təchiz edilir. Bundan başqa, avtobus 235 kilovat-saatlıq, 9 kilovat maksimal gücə malik olan xarici enerji sistemi ilə də komplektləşdirilir. Təbii fəlakət zamanı bu sistemdən alternativ enerji mənbəyi kimi istifadə etmək olar.

Toyota Sora avtomatik qatlanan yan oturacaqlar, velosipedçi və piyadaları aşkarlayan xarici kameralar, həmçinin dayanacaqlardakı xəttlərdə avtomatik dayanmanı təmin edən sistem ilə təchiz edilib. Toyota Sora digər nəqliyyat vasitələri və yol infrastruktirasının stasionar obyektləri ilə naqilsiz əlaqəni təmin edir. Toyota Sora digər avtobuslarla bağlı şəkildə hərəkət edə bilər. (Auotograph)

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh