Avtobusdan sallaşan sərnişinlər – VİDEO

Avtoxəbər 20 Oktyabr 2017 09:52 Oxunub 1047
Avtobusdan sallaşan sərnişinlər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlə dolu avtobus yüksək surətlə hərəkət edir.

Avtobusun hər iki qapısından isə bir neçə sərnişin sallaşıb. Bu azmış kimi onlar yolda hərəkət edən digər avtomobillərə əl-qol hərəkəti etməklə yanaşı təpik də atırlar. Bakı-Şamaxı yolunda lentə alınan kadrlardan aydın görünür ki, 114 nömrəli avtobusun içərisi tam dolduğundan sərnişinlərin bəziləri çöldə qalıb.

Avtobusun qapılarını bağlamadan hərəkət etdirən sürücü sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də təhlükə yaradır.

Biz də bu görüntüləri araşdıraraq, həmin sürücünü tapmaq istədik. Ancaq 114 saylı xəttin dispetçeri bildirdi ki, həmin sürücü artıq işdən çıxarılıb.

Qeyd edək ki, bu şəkildə sərnişindaşıma qaydalarının pozulmasına görə avtobus sürücüsünü 60 manat və 3 cərimə balı gözləyir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh