Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir

Yol nişanları 20 Oktyabr 2017 10:45 Oxunub 13596
Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az verilən məlumata görə, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır. Adıçəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişanlarına uyğun hərəkət etmələri xahiş olunur", - deyə qurumdan bildirilib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh