Qaydaları çeynəyən sürücü görün nələr etdi- VİDEO

Xəbərlər 20 Oktyabr 2017 11:18 Oxunub 3039
Qaydaları çeynəyən sürücü  görün nələr etdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
90-ZT-041 Aeraport yolunda qəza şəraiti yaratdı

Kamil Alıyev adlı oxucu elektron ünvanımıza video göndərib. Bu gün səhər (20.10.2017) Aeraport yolunda hərəkət edərkən qarşılaşdığı məzərə barədə məlumat verib.

"90-ZT-041 dövlət nömrə nişanlı, ağ “Hyundai Sonata” səhər hava limanı yolunda yüksək sürətdə yoluma çıxdı. Bundan öncə isə sağımdan bir dəfədə məni sıxmışdı. Başa düşürəm ki, hansısa harınlamışın birinin ucbatından mən qəzaya düşməliyəm. 2015-ci ildən sürücülük vəsiqəmi və etibarnaməmi almışam və bu günədək  DYP əməkdaşları tərəfindən saxlanmamışam, cəriməm də yoxdur. Güclü sürücülük bacarığım da yoxdur. Belə hadisə ilə ilk dəfə qarşılaşdığımdan nə edəcəyimi də fikirləşə bilmədim. Bələ şəxslərin cərimə deyil, birdəfəlik sürücülük hüququndan məhrum edilməsini xahiş edirəm. Bundan əlavə özümü də günahkar hesab edirəm ki, belələrinə fikir vermişəm." 

Oxucu məktubunda DYP rəhmərliyindən bu barədə qanunun tələblərinə uyğun olaraq ölçü götürməsini istəyib.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh