Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb

Avtobazar 20 Oktyabr 2017 12:46 Oxunub 1476
Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 6 643 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 737 ədəd avtomobil və ya 70,07% artıb.

Ölkəyə gətirilən avtomobillərin 138 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 5 783 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 670 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh