Hava yağmursuz keçəcək, duman olacaq

Gündəm 21 Oktyabr 2017 00:15 Oxunub 1123
 Hava yağmursuz keçəcək, duman olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz 45-50 %  olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh