Avtobusda qocalara yer verməyin - XƏBƏRDARLIQ

Maraqlı 20 Oktyabr 2017 18:05 Oxunub 1521
Avtobusda qocalara yer verməyin - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ayaqüstə dayanmaq onlara faydalıdır

İctimai nəqliyyatda yaşlı insanlara yer verməyin. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Oksford universitetinin mütəxəssisləri belə deyirlər. Onlar xəbərdarlıq edirlər ki, ayaqüstə dayanmaq elə qocaların özləri üçün faydalıdır. Necə?

İngiltərənin Xalq Sağlamlığı Klinikasının müşaviri Muir Grayın sözlrinə görə, yaşlılar gündə ən azı 10 dəqiqə piyada gəzməlidirlər. Onları liftə minmək yerinə pilləkənlardan istifadəyə təşviq edin.

"Yaş artdıqca hərəkətsizliyi deyil, fəallığımızı artırmalıyıq. Metro  ya da avtobsda yaşlı adama yer verəndə iki dəfə düşünün. Ayaqüstə dayanmaq onlar üçün əla idmandır".

 

"The British Medical Journal"ında dərc edilən məqalədə qeyd edilir ki, elastikliyin, cəldliyin itirilməsi yaşlılara problem kimi görünə bilər. Ancaq bu heç də belə deyil. Hərəkətliliyin azalmaması hər kəsin öz əlindədir.  Araşdırmada qeyd edilir ki, orta yaşlı və yaşlı insanlar belə müntəzəm olaraq idman etməklə ən azı 10 il gəncləşə bilirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh