Bu gecə meteor axını olacaq

Gündəm 20 Oktyabr 2017 15:34 Oxunub 703
Bu gecə meteor axını olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbiət hadisəsini Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq

Dünya əhalisi oktyabrın 21-də ecazkar Orionida meteor yağışını izləyə biləcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək.

Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

 

Astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionun aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh