Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib

Gündəm 20 Oktyabr 2017 16:27 Oxunub 599
Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları, gübrə, kimyəvi maddələri ixrac edilir

Qazaxıstanın Xəzər dənizindəki Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, rəsmi məlumata görə, 1 milyon ton yükdən 548 min tonu ixraca göndərilib, 452 min ton isə idxalın payına düşüb. Kurık limanından yüklər Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya istiqamətlənir. Hazırda Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları, gübrə, kimyəvi maddələri, eyni zamanda Çin, Qırğızıstan, Özbəkistandan tranzit yükləri ixraca göndərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh