Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub

Gündəm 20 Oktyabr 2017 16:33 Oxunub 686
Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh