Bakıda üzərində erməni bayrağı olan “Mercedes” sürən kimdir? – FOTO
Avtoxəbər 20 Oktyabr 2017 17:48 19803 dəfə oxunub
Bakıda üzərində erməni bayrağı olan “Mercedes” sürən kimdir? – FOTO
Görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib

Bakının mərkəzində üzərində Ermənistan bayrağının rəngləri olan etiket yapışdırılmış “Mercedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobil peyda olub. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib və həmin avtomobilin fotololarını göndərib. Oxucu bildirir ki, görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib. Avtomobilin üzərində Azərbaycan nömrəsi, nömrənin üzərində Azərbaycan bayrağı olduğu halda sağ tərəfə erməni bayrağını yapışdıran sürücünün kimliyini araşdırıb məlumat verəcəyik.

Avtosfer.az saytının əməkdaşı avtomaşının sahibi Şahin Xanaliyevlə əlaqə saxlayıb. Sürücü bildirib ki, avtomobili 5 ildir alıb və həmin loqoya fikir verməyib: “Mən Azərbaycanlıyam. Xaricdə yaşayıram. Azərbaycanın da bayrağını hər zaman xaricdə ucaltmışam. Ölkəyə bu gün gəlmişəm və avtomobili qarajdan bu gün çıxartmışam. İndi kimsə çəkib bunu belə təqdim edib. Azərbaycanlının maşınında erməni bayrağının nə işi var? Mən heç o işarəyə fikir də verməmişəm. Ola bilsin rəng uyğunluğu olub. Elə bu gün orda rəngi sildirdim. Hətta əgər bu da insanları narahat edirsə qoy heç olmasın".

 

Elmin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh