Maşınında "erməni bayrağı" olan sürücüdən açıqlama

Gündəm 20 Oktyabr 2017 18:28 Oxunub 2990
Maşınında "erməni bayrağı" olan sürücüdən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elə bu gün loqodakı rəngi sildirdim

Bakının mərkəzində üzərində Ermənistan bayrağının rəngləri olan etiket yapışdırılmış “Mercedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobil barədə məlumat vermişdik. Avtosfer.az saytının əməkdaşı avtomaşının sahibi Şahin Xanaliyevlə əlaqə saxlayıb. Sürücü bildirib ki, avtomobili 5 ildir alıb və həmin loqoya fikir verməyib: “Mən Azərbaycanlıyam. Xaricdə yaşayıram. Azərbaycanın da bayrağını hər zaman xaricdə ucaltmışam. Ölkəyə bu gün gəlmişəm və avtomobili qarajdan bu gün çıxartmışam. İndi kimsə çəkib bunu belə təqdim edib. Azərbaycanlının maşınında erməni bayrağının nə işi var? Mən heç o işarəyə fikir də verməmişəm. Ola bilsin rəng uyğunluğu olub. Elə bu gün loqodakı rəngi sildirdim. Nikkele qədər çıxdı. Hətta əgər bu da insanları narahat edirsə qoy heç olmasın.”

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi də açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Avtosfer.az- açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır: “Bu, Kolumbiyanın bayrağıdır. Tərsinə çevirəndə isə Ermənistan bayrağı olur. Məlumat aidiyyəti orqanlara ötürülüb. O, adi bir nişandır. Onun Ermənistana aidiyyəti yoxdur. Həmin şəxs avtomobili avtosalondan alıb, xaricdə yaşayır, Bakıya dünən gəlib. İşarənin üzərində üç təbii rəng var, o da Kolumbiyanın bayrağına aid olan bir rəngdir ”.

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

camal 20 Oktyabr 2017 22:13
duzdu bu belkede Ermanstana aid olmayan bir teskilatin rengleri ola biler.Ancaq Vaqif muellimin dediyi lap yalandi.Orada axi euro yani avropa sozu var.N vaxtdan kolumbiya avropaya aiddir