Cəlilabadda "Kamaz"la "07" toqquşub

Qəzalar 21 Oktyabr 2017 00:27 Oxunub 886
Cəlilabadda "Kamaz"la "07" toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində bir nəfər xəsarət alıb

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb. Qəza zamanı "Kamaz" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh