Sürücülərin canı benzin almaqdan qurtulacaq - SOCAR yeni sistemi işə salır - VİDEO

Avtoxəbər 21 Oktyabr 2017 00:32 Oxunub 26306
Sürücülərin canı benzin almaqdan qurtulacaq - SOCAR yeni sistemi işə salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Neft Şirkəti maşınlara avadanlıq quraşdırıb benzin əvəzinə sıxılmış qaz satacaq

Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlanılacaq. Avtosfer.az-ın məlumatına görə, artıq avtomobillərə quraşdırmaq üçün xüsusi qurğuların sifarişinə başlanılıb. Bütün dünyada geniş tətbiq edilən sıxılmış qazla işləyən avtomobillərə tələbat böyükdür. Ölkəmizdə də gələn ildən nəqliyyat vasitələrində bu sistemin quraşdırılmasına başlanılacaq. Artıq bununla bağlı yerli şirkətlərdən biri lazımi avadanlıqların gətirilməsi üçün İtaliya şirkəti ilə müqavilə bağlayıb.

Ekspertler bu yanacaq növünün ekoloji cəhətdən təmiz olduğunu və əksər ölkələrdə geniş tətbiq olunduğunu deyir. Lakin avtomobilə lazimi avadanlığı quraşdıran zaman diqqətli olmaq lazımdır.

Sıxılmış qazla işləyən avtomobillər eyni ölçülü və eyni mühərrikdə olan digər avtomobillərə nisbətən daha az yanacaq yandırır.

Sürücülər də sıxılmış qazla işləyən avtomobillərin daha ekonomik olduğunu düşünür.

Hazırda ölkəmizdə sıxılmış qazla bir sıra iri avtobuslarda istifadə olunur ki, onların da işləmə mexanizmində problem yaşanmayıb. Mütəxəssislər hesab edir ki, keyfiyyətli avadanlıqların gətirilməsi ilə benzinə alternativ bu üsul geniş yayılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh