Strateji plan hazırlamışıq - Vüsal Kərimli

Gündəm 20 Oktyabr 2017 20:40 Oxunub 850
Strateji plan hazırlamışıq - Vüsal Kərimli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA-nın baş direktoru “Qarabağ” - “Roma” oyunundan sonra yaranan nəqliyyat probleminə aydınlıq gətirib

“Dəmiryolu vağzalında, hava limanında taksilərin fəaliyyəti tənzimlənəcək. Bununla bağlı təkliflərimizi təqdim etmişik”. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib. Onun sözlərinə görə, həmin ərazilərdə fəaliyyət göstərən taksilərə müəyyən tələblər qoyulacaq: "Taksi sürücüləri dürüst olmalıdırlar. Avtobus dayanacaqlarında taksilərin maneə törətməsi ilə bağlı da müzakirələr aparılır”.

V.Kərimli “Qarabağ” - “Roma” oyunundan sonra Bakı Olimpiya Stadionundan çıxan azarkeşlərin daşınması ilə bağlı yaranmış problemə də aydınlıq gətirib: “Düzdür, müəyyən çətinliklər oldu. Oyun üçün zəruri olan 453 avtobus ayrılmışdı. Ancaq stadiona gələn azarkeşlər səhvən başqa istiqamətə yönləndirilmişdi. Biz gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün strateji plan hazırlamışıq, hökumətə və təşkilatçılara təqdim edəcəyik. Belə tədbirlər zamanı təşkilatçılar əvvəlcədən işin koordinasiya olunması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh