"BNA tıxac probleminin həlli üçün hökumətə təkliflər verib" - Agentlik rəhbəri

Gündəm 21 Oktyabr 2017 00:50 Oxunub 900
"BNA tıxac probleminin həlli üçün hökumətə təkliflər verib" - Agentlik rəhbəri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxacın yaranma səbəblərindən biri də maşınların düzgün parklanmaması ilə bağlıdır

“Tıxac bütün şəhərlərdə böyük problemdir. Bakıda yol infrastrukturunu araşdırmışıq. Həmin küçələrlə bağlı təkliflərimizi hökumətə təqdim etmişik. Digər qurumlar bu təkliflərə müsbət yanaşsalar, işlər görüləcək”. “Report”un xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib. Onun sözlərinə görə, tıxacın yaranma səbəblərindən biri də maşınların düzgün parklanmaması ilə bağlıdır. 

V.Kərimli sərnişinlərin avtobus sürücülərindən şikayətlərinə də toxunub: “Bəzən şikayət edirlər ki, avtobus sürücüləri əyləcə sərt basırlar, amma sərnişinlər bunun yaranma səbəblərini bilmirlər. Bəzən nəqliyyat vasitələri birinci zolaqdan üçüncü zolağa qəfil keçid edirlər. Bu da avtobus sürücüsünün qəfil əyləcə basmasına səbəb olur. Yəni bu cür hallar bir-biri ilə bağlıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh