Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib

Yeniliklər 21 Oktyabr 2017 15:00 Oxunub 2329
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabinetinin qərarına edilən dəyişiklikdə deyilir

Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.

Sənəddə Milli Arxiv İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri nəzərdə tutulur və onların ixtiyarında 7 ədəd xidməti avtomobil var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh